XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Növbəti iki ayda IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək

Növbəti iki ayda IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək

Növbəti iki ayda IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək
21-04-2025, 15:09

May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq keçiriləcək.

Monitorinqin təşkili barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrin imzalanmasında məqsəd IV və VI siniflərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsidir.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.