İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib?
Azərbaycanda fəaliyyət götərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.
DOSYE.ORG saytının araşdırması zamanı məlum oldu ki, obyektə sahib olan məmurlardan biri də Qəbələ rayon Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramovdur.
Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramov Qəbələ şəhəri, T.Şirinov küçəsində obyekt tikdirib.
Ümumi sahəsi 150 kvadrat metrə yaxın olan obyektin hazırkı bazar qiyməti 200 min manata yaxındır.
Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramovun obyekti hansı vəsaitlə inşa etdirməsi xeyli suallar yaradır.
Əldə etdiyimiz digər ilginc məlumatda isə Şahismayıl Bayramovun sabiq Vergilər naziri Fazil Məmmədovun kadrı olduğu bildirilir.
Belə ki, Fazil Məmmədovun nazir işlədiyi dövrlərdə Şahismayıl Bayramov 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.AzFakt.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?