Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir?
Nəsimi rayonunun Memar Əcəmi metrosunun yaxınlığında bir neçə gündür qanunsuz tikinti aparılmaqdadır.
Bu barədə mediada dəfələrlə yazılmağına baxmayaraq, aidiyyətı qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi istisna olmaqla məsələyə reaksiya vermirlər.
Ekologiya Nazirliyinin sözügedən məsələ ilə bağlı açıqlamasında deyilir:
“Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb. Məsələ ilə bağlı “Qafqazinfo”ya idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı aprelin 2-də akt tərtib edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib”.
Sosial şəbəkə istifadəçiləri nazirliyin açıqlamasını, sahibkara kəsilən cəzanın adekvat olmadığını, bu cəzanın ictimai rəyi susdurmağa hesablandığını bildirirlər.
Mediada yazılan məlumatda isə aparılan tikintinin Eldəniz adlı iş adamına məxsus olduğu yazılır.
Eldəniz adlı sahibkar Memar Əcəmi metrosunun yaxınlığında bir neçə uşaq geyimləri mağazası, Bakının “Gənclik” metrosu, Xətai rayonu, Abşeronun Xırdalan şəhəri və digər ərazilərdə obyektlərə sahibdir.
Sahibkara Əmlak Komitəsindən Taleh Bəşirovun, Nəsimi rayon icra hakimiyyətindən isə Asim Rzayevin dəstək verdiyi vurğulanır.
Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədik.
qlobal.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?