Keçmiş deputatın məhkəməsi olacaq-“Kəpəz-M” MTK-da çıxarışlı mənzil başqasına satılıb
“Kəpəz-M” MTK-nın sahibi, keçmiş deputat Mahir Aslanov Hüseynağa Heydərovun 200 min manata yaxın pulunu qaytarmadığını iddia edir.
Bu barədə Ölkə.az-a şikayətçi Hüseynağa Heydərov məlumat verib.
Onun sözlərinə görə, bir neçə il öncə Xırdalanda “Kəpəz” MTK-ya məxsus 12 mərtəbəli binadan üç mənzil alıb:
“Sonra eyni mənzilləri başqalarına da satıb. Hətta mənim 1 mənzilə çıxarışım da olub. O mənzili götürüb başqasına satıb. Bizi sonra məhkəməyə verib, evlərimizin çıxarışını ləğv etdirdi. Biz Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya Məhkəməsi məsələni qüvvədə saxladı. Sonra biz Ali Məhkəməyə verdik. Çox yerə şikayət etmişik. Heç bir xeyri yoxdur.
Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını tamamilə ləğv edib. Ayın 14-ü Apellyasiya məhkəməsidir. Təzədən işə baxılacaq. Ali Məhkəmədən sonra qərar təsdiq olunsa, bizim evlərimiz demək olar ki, əlimizdən çıxır. 200 min manata yaxın pulum batacaq”.
Qeyd edək ki, ötən həftələrdə sabiq deputatın Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında “Kəpəz MTK”ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlər dayandırılıb.
Onu da əlavə edək ki, yerli mətbuatda yayılan məlumatlara görə, “Kəpəz MTK” sabiq millət vəkili Mahir Aslanova məxsusdur. Bundan başqa, onun biznesinə “Happy inn” hotel, “Kəpəz Hospital” və “Kəpəz Group”un da daxil olduğu bildirilir.
Ölkə.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?