`Anadolu` restoranı ilə Nəsimi RİH-in işbirliyi - BU NƏDİ BELƏ?..
Fotolarda Bakının Nəsimi rayonunda yerləşən Puşkin küçəsi və bu küçənin QOÇUSU kimi diqqətə gələn həşəmətli ANADOLU restoranıdır.
Belə demək doğrudursa, səkinin hərəkət hissəsi ilə stol-stul arasında məsafə gözlənilməyib.
Əslində, ara məsafəsini gözləmək mümkün də deyil, çünki buna şərait yoxdur. Bu halda səki ilə gedən piyadalar və kafenin səkidə əyləşən müştəriləri özlərini rahat hiss edə bilərlər?
Bizdə kafelərin açıq hava altında xidmət göstərməsi qaydalarını tənzimləyən normativ hüquqi sənəd yoxdur. Ona görə də bu xidmətin hansı normalar əsasında təşkil olunduğu bilinmir.
Fotolardan da aydın şəkildə görünür ki, Nəsimi rayonunun hələ də başçısız qalan icra hakimiyyəti "Anadolu" restoranına qarşı çox böyük səxavət nümayiş etdirir.
Hər halda, qanun hamı üçün qanundur və aidiyyatı qurumlar piyadalara UÇMAĞI təklif edən bu işbirliyinə - "Anadolu" Restoranı-Nəsimi RİH ortaqlığına gərəkən reaksiyanı mütləq verəcək...
Dia.az XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?