Zakir Fərəcovun vəzifə verdiyi Seymur Məmmədov bu şirkəti qalib etdi - Vergi borcu var + FOTO
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar” Məhdud Məsuliyyətlinin Dənizin səviyyəsinin enməsi səbəbindən üzə cıxan bərk məişət tullantılarının ərazidən yığılması,daşınması və zərərsizləşdirilməsi işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi olan "VEDİBASAR İNŞAAT" MMC ilə müqavilə imzalayıb.
32gun.az-ın verdiyi məlumata görə, müsabiqənin məbləğ 65.863,82 AZN-dir.
Tenderə əsasən tullantı zibillərinin ekskavatorla toplanması, tullantı zibilinin ekskavatorla yüklənməsi və 15 km məsafəyə daşınması, torpağın ekskvatorla qazılması və maşınlara yüklənməsi, torpağın 2 km məsafəyə daşınması, torpağın töküldüyü yerdə bulduzerlə hamarlanması t=10÷15 kimi işlər görülməlidir.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, qalib MMC-nin vergi borcu var. "VEDİBASAR İNŞAAT" MMC-nin vergi borcu 4399.84 AZN-dir. 
Nizamnamə kapitalı 50 AZN olan “VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur.
Mediada gedən məlumatlara görə, Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan “AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.
Xatırladaq ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovdur. “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədovdur.
Yerli mediada gedən məlumatlara görə, o vaxtı ilə dələduzluğa görə ittiham olunub.
32gun.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?