Biləsuvarda “ağ qızıl” əməliyyatı: Bələdiyyə sədri ilə birinci müavin hoqqa verir
Ötən gün DOSYE.ORG saytında Biləsuvar rayon Əsgərabad bələdiyyəsi ilə bağlı şok doğuracaq qısa məlumat vermişdik.
Belə ki, bələdiyyə sədri Mirəşrəf Mirsultanov vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələrini çəkinmədən oğlu Mirmahir və qudası “P-Agro” MMC-nin direktoru Şakir Sultanova satmışdır. Baş verən olaylar Biləsuvar rayonunda və Əsgərəbad kəndində böyük narazılıqla qarşılanıb. Örüş torpaqlarının üzərində pambıq tədarükü məntəqəsi və MMC-yə məxsus pambıq emalı zavodu tikilmişdir. Bələdiyyə sədri M. Mirsultanov oğlu Mirmahir və oğlunun qaynatası Şakir Sultanov könd sakinlərinin haqlı narazılıqlarını qəbul etmir və əlavə olaraq öz qanunsuz əməllərini davam etdirirlər. Saxta bələdiyyə sənədləri ilə emal zavodu ilə pambıq müqavilələri bağlamış, olmayan pambıqları təhvil vermişdilər. Bir faktı qeyd edək ki, qudalar saxta yollarla küllü miqdarda pul vəsaitini şəxsi hesablarına köçürüblər. Maraqlı məqam ondan ibarətdir ki, həmən vəsaitin bir hissəsi dövlətdən ayrılan sübsiyadır. Bununlada adı hallanan şəxslər cənab prezident İlham Əliyevin min bir əziyyətlə hesabına topladığı dövlət büdcəsinə xəyanət edib. Təbii ki, məsələ ilə əlaqədar hüquq mühafizə orqanları, bir sözlə Baş Prokurorluq dərindən araşdırmalıdır.
Nəzərinizə çatdıraq ki, sıradan bir bələdiyyə sədri heç bir halda dövlətə bu qədər zərbə vurmaq imkanında deyil. Apardığımız araşdırmaları zamanı məlum oldu ki, bələdiyyə sədrinə Biləsuvar RİH başçısı Faiq Qurbətov və birinci müavin Azər Cəfərli himayədarlıq etməklə yanaşı, bələdiyyə sədrini qanunsuz yola davam etməyə vadar edir.
Ardı var…
DOSYE.ORG![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?