Vyetnam prezidenti Kamran Əliyevi qəbul edib
Vyetnamda səfərdə olan Baş prokuror Kamran Əliyevi ölkə prezidenti Luonq Kuonq qəbul edib.
Luonq Kuonq bu səfərin Azərbaycan-Vyetnam dostluq münasibətlərinin, xüsusilə də iki ölkənin məhkəmə orqanları arasında ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son dövrdə siyasi-sosial sabitliyin təmin edilməsi, iqtisadiyyatın müsbət inkişafı, əhalinin həyat səviyyəsinin davamlı yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqe və rolunun gücləndirilməsi sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb.
Qəbula görə dövlət başçısına təşəkkürünü bildirən Kamran Əliyev Vyetnamda qısamüddətli səfəri zamanı nümayəndə heyətinin Vyetnam tərəfindən səmimi qəbul və böyük qonaqpərvərlik gördüyünü qeyd edib.
Luonq Kuonq Vyetnamın dost ölkələrlə, o cümlədən Azərbaycanla dostluq münasibətlərini daim gücləndirmək istədiklərini qeyd edib.
O, bir çox Vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını və hazırda müxtəlif nazirlik və idarələrdə əsas vəzifələrdə çalışdığını qeyd edib. Dövlət başçısı bunun Vyetnam və Azərbaycan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirən güclü bir bağ olduğunu vurğulayıb.
Səfər çərçivəsində Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Qeyd edilib ki, sənəd iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.

XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?