Bakı restoranları müştəriləri heç məmnun etmirlər - Mamajan Bakü və Tavada restoranlarından şikayət var FOTO
Bu gün Bakı restoranlarından şikayətlərin ardı arası kəsilmir. Daha bir şikayət Mamajan Bakü restoranındandır. Sosial şəbəkə istifadəçisi Amil Hacıyev öz səhifəsində yazır:
"Amil Hacıyev
2 ч. ·
2 gün əvvəl Mamajan Bakü Nərimanovda saat 10:00 üçün səhər yeməyi sifariş etdik. 10:15-də yaxınlaşdıq məkana. Sən demə restoran bizim üçün sürpriz hazırlayıb. Məkanın önündə bir xanım ofisiant dibçəklərin dibini eşib açar axtarırdı. Sən demə nə aşbaz nə adminstrator təşrif buyurmayıb. Ofisiant da bizim kimi ağzını açıb baxırdı. Restoranın adminstratoru isə birinci zəngdən sonra telefonu bağlamaqla problemi özü üçün həll eləmiş oldu. Nə gözəl həll imiş))"
Amil Hacıyevin dediklərini təsdiqləyən daha bir sosial şəbəkə istifadəçisi Günel Şahmalıqızı yazır:
"Günel Şahmalıqızı
Amil əksər restoranlar o vəziyyətədir. Vaxt itkisidir. Gözləyirsən xidmət yoxdur. Biz də yeni ildə Torqovıya səhər yeməyinə getmişdik. 3-4 restoran dəyişdik.Nəhayət 12:00 da Tavada restoranında səhər yeməyinə əyləşdik. 12:30 da yemək gəldi süfrəyə.Yəni nahar saatında səhər yeməyinə oturduq"
Adları çəkilən restoranlarında mövqeyini dərc etməyə hazırıq!
TEREF

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?