“Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT
Cəlilabad rayon sakini Məmmədov Tofiq Tehac oğlu və Biləsuvar rayon sakini Quliyev Əhmədağa Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, keçmiş adı “Avanqard MMC”, indiki adı “Avanqard MMC Günəşli Aqropark” olan şirkət onların pulunu mənimsəyib:
“Biz “Avanqard MMC” şirkətindən pulumuzu ala bilmirik. Bu şirkət illərdir bizim kimi, bir çoxlarının da haqqını mənimsəyib. Sonradan şirkətin adını və işçilərini də dəyişdilər. İndi həmin şirkətə gedəndə "bizim sizə borcumuz yoxdur, gedin bizdən əvvəlki rəhbərliklə söhbətinizi edin", - deyirlər.
Hazırda 10-15 nəfər adam bunlardan pullarını ala bilmir. Mən, Quliyev Əhmədağa Həsən oğluna şirkətin 2616 manat borcu qalıb. 2014-cu ildən həmin şirkətdə işləmişəm. Maaşım 1200 manat olub.
Mən, Məmmədov Tofiq Tehac oğlu, 15 il həmin şirkətdə gözətçi işləmişəm. İşdən çıxandan sonra oğlum Məmmədov Elməddin Tofiq oğlunu öz yerimə işə düzəltmişəm. Mən işlədiyim müddətdə şirkətin mənə borcu qalmayıb. Amma oğlumun 600 manat pulunu mənimsəyiblər. Dəfələrlə müraciət etmişik, lakin məsuliyyəti boyunlarından atırlar.
Biz sizin sayt vasitəsilə Prezident İlham Əliyevə müraciət edirik. Cənab Prezident, xahiş edirik göstəriş verin, şirkət bizlərin pulunu ödəsin. Şirkət adının dəyişibsə, bu o deməkdir ki, bizim pullarımızı mənimsəməlidir?!”
Məsələ ilə bağlı “Avanqard MMC Günəşli Aqropark” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?