Gəncədə “Yaşıl Gələcək Forumu: İqlim Dəyişikliyi ilə Mübarizə” keçirildi
5-9 dekabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyinin təşkilatçılığı ilə “Yaşıl Gələcək Forumu: İqlim Dəyişikliyi ilə Mübarizə” adlı tədbir baş tutdu.
Forumda Bakı və Gəncədən müxtəlif sahələri təmsil edən 100 gənc iştirak etdi. Tədbirin məqsədi iqlim dəyişikliyi ilə bağlı aktual problemləri müzakirə etmək, gəncləri ekoloji təşəbbüslərə cəlb etmək və onların bu sahədə həll yolları təklif etmələrinə şərait yaratmaq idi. Forum çərçivəsində gənclərin siyasətdə fəal iştirakı və milli dəyərlərə əsaslanan ekoloji yanaşmalar da müzakirə edildi.
İştirakçılar müxtəlif mövzular üzrə komitələrə bölünərək, iqlim dəyişikliyi, ekoloji siyasət və dayanıqlı inkişaf istiqamətində müzakirələr apardılar. Bu müzakirələrdə gənclərin qərar qəbuletmə prosesində rolu və onların ekoloji problemlərə yanaşması xüsusi vurğulandı. Eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə dövlət siyasətinin rolu və bu sahədə həyata keçirilən strateji addımlar müzakirə olundu. Forum zamanı ekoloji dayanıqlılıq və yaşıl iqtisadiyyat sahəsində görülən işlərə toxunuldu, mövcud təşəbbüslər barədə fikir mübadiləsi aparıldı. Forumun sonunda komitələr tərəfindən hazırlanmış qətnamələr təqdim olunaraq debatlar keçirildi və iştirakçıların fəal iştirakı ilə müzakirə olundu.
Tədbirin yekununda qəbul edilən qətnamələr iqlim dəyişikliyi ilə mübarizə sahəsində gənclərin baxışlarını və təkliflərini əks etdirir. Bu qətnamələr müvafiq qurumlara təqdim olunacaq və gələcəkdə ekoloji siyasətin formalaşdırılmasına töhfə verə bilər.
Avropa Gənclər Parlamenti Azərbaycan İctimai Birliyi ekoloji məsələlərə dair gənclər arasında məlumatlılığı artırmaq və onların fəal iştirakını təmin etmək məqsədilə gələcəkdə də bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırır.







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?