Gənc aktrisanın ürəyi dayandı
Gənc aktrisa Mila Əminə sünii nəfəs aparatından ayrılıb.
Bu barədə PrimeTime.Az-a İstanbulda olan müğənni Rəqsanə İsmayılova məlumat verib. Sənətçi bildirib ki, hazırda Mila Əminənin yatdığı klinikadadır: "Milanın ürəyi aparatda ola-ola dayanıb. Həkimlər orqanlarını çatdırıb götürə bilmədilər. Təzyiqi də çox düşmüşdü".
Müğənni aktrisanın sabah dəfn olunacağını deyib: "Bu gün xəstəxanadan nəşini çıxarırlar. Sabah dəfn olunacaq. Çox pisəm. Anasını elə çarəsiz gördüm, çox pis oldum. Anası Milanı tək başına, atasız böyüdüb. Deyir, qəbiristanlıqda yatacam. Qızımdan sonra yaşaya bilmərəm".
Xatırladaq ki, bu gün səhər saatlarında anası Milanın orqanlarını ehtiyacı olan xəstələrə bağışlayacağını açıqlamışdı. Lakin son anda vəziyyət dəyişib, Milanın orqanlarını götürmək mümkün olmayıb. Çünki onun ürəyi aparatdan ayrılmadan öncə dayanıb.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanın dörd ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb