Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Nizami bələdiyyəsinə yeni üzv seçilən Bağıyev Amil Famil oğlu həmçinin, "Orbita” MTK-nın icraçı direktoru imiş...
"Orbita” MTK-nın sahibi Bağıyev Famil Qambay oğludur. İcraçı direktor isə, Nizami bələdiyyəsinə yeni seçilmiş oğlu Bağıyev Amil Famil oğludur.
Qeyd edək ki, Amil Bağıyevin direktoru olduğu "Orbita” MTK paytaxtın Nizami rayonunda, Metronun Qara Qarayev stansiyasının yaxınlığında içində sakinlərin yaşadığı binanın sökməsi ilə məşhurdur.
Yerli mətbuatda dərc olunan şikayətdə bildirilir ki, Kamil Balakişiyev küçəsindəki binada ümumilikdə binada 100-dən artıq ailə yaşayır. Onların əksəriyyəti ilə razılıq əldə edilsə də, 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirir.
Xatırladaq ki, həmin ərazidə 4 küçənin kəsişməsində "Orbita” MTK 7 ədəd 15 mərtəbəli yaşayış binasını tikir.
Razılıq əldə olunmayan sakinlər mənzillərində yaşaya-yaşaya MTK tərəfindən həmin binanın söküntüsünün aparıldığı bildirilir. Sakinlər bu barədə Xəzər TV-yə şikayət veriblər.
Şirkətin tikinti direktoru Qulu Cəfərov isə sakinlər yaşadığı halda binanın sökülməsi məsələsinə də Xəzər TV-də münasibət bildirərək detib ki, boşalan mənzillərin qapı pəncərəsi sökülür. Lakin görüntülərdən göründüyü kimi, boş olan mənzillər artıq sökülüb və binada yaşayan digər sakinlər üçün ciddi təhlükə yaranır. Digər tərəfdən isə binanın sanitar qovşağı da məhv edilir. Necə deyərlər, açıqlamanın üzrü qəbahətindən böyükdür.
Maraqlıdır, Amil Bağıyev Nizami bələdiyyəsin seçilərkən seçicilərinə nə vəd edib? Vətəndaşların evini başlarına yıxıb, sakinləri küçəyə atacağınımı?..( Poliqon )

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?