Sabah da Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya xidməti məlumat yayıb.
Bakı və Abşeronda hava proqnozu
Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Yollar buz bağlayacaq?
Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
Gecə və səhər yollar buz bağlayacaq.
Rayonlarda gözlənilən hava şəraiti
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Ən çox şaxta harda olacaq?
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?