Sabiq deputat Mahir Abbaszadənin fəaliyyəti ARAŞDIRILA BİLƏR
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbəri Zaur Hüseynovun, ardında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədovun işdən çıxarılması yeni kadr islahatlarının anonsu sayıla bilər.
Müşahidələr görə, dövlət qurumlarında kadr dəyişikləri davam edəcək. Digər tərəfdən, istər Zaur Hüseynovun, istərsə də Bəhruz Məmmədovun işdən çıxarılması “Bakı Metropoliteni” QSC və ANAMA-da aparılan yoxlamaların nəticəsi kimi dəyərləndirilir.
Yoxlamaların digər qurumlarda aparılacağı gözlənilir. İddia olunur ki, növbədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ola bilər. Fond vaxtaşırı satınalma müsabiqələri keçirir. Ehtimal olunur ki, yoxlamalar da əsasən satınalamalarla bağlı ola bilər.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. Mahir Abbaszadə Milli Məclisin V və VI çağırış deputatı olub.
Sonuncu parlament seçkilərində o, parlamentdən kənarda saxlanılıdı. Hələ o zaman bu, Mahir Abbaszadənin artıq etimadı ititrməsi kimi qiymətləndirilirdi.
Bundan başqa, bir müddət əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun inşa etdiyi yaşayış binaları ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilirdi. Həmin paylaşımlarda mənzillərinin keyfiyyətsiz inşa edilib.
Ona görə də növbəti dalğada ilk olaraq Mahir Abbaszadənin fəaliyyətinin yoxlanılması və müvafiq təbdirlərin görüləcəyi real görünür.(32gün.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək