AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
“AAAF Park” Yaşayış Kompleksinin girişindəki Ümummilli Lider Heydər Əliyevin posterinin və dövlət atributları olan guşənin sökülərək yerində inşa edilən obyektdə bağlı məlumat vermişdik.
AzFakt.com xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan tikilən obyektin ümumi sahəsi 700 m(2)-dir.
Artıq iş adamı, qanunsuz inşa edilən obyektin sahibi Vüqar Sədizadə Ulu Öndər Heydər Əliyevin posteri və dövlət atributlarını sökdürərək maşın dayanacağına yerləşdirib.
Digər aidiyyatı qurumlar – FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeron rayon İcra Hakimiyyəti də sözügedən qanunsuz obyektin tikintisinə müdaxilə etməyib.
Qanunsuz tikintinin aparıldığı dövrdə Abşeron rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç bir qanuni addım atmayıb.
Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.
Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.(AzFakt.com)
Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?