Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Sökülən "Keşlə" bazarının qarşı tərəfində, Həsən Əliyev küçəsinin başlanğıcında yaşıllığa ciddi ziyan vurulub...
Poliqon xəbər verir ki, bu barədə ətrafda yaşayan sakinlər məlumat veriblər.
Qeyd edilir ki, Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsinin başlanğıcında aparılan təmir tikinti işləri zamanı yaşıllığa ziyan vurulur. "Körpü Bina Tikinti" şirkətinin gördüyü iş zamanı bir çox ağaclar zədələnib, qırılıb. Görülən işlər nəticəsində ağacların dibindəki torpaq sahələri qazılıb və ətrafdakı ağaclara isə ciddi şəkildə ziyan vurulub.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verib. Tikinti işlərini "Körpü Bina Tikinti" şirkəti aparır.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?