Səməd Vurğunun ailəsi "Oba" marketi məhkməyə verəcək - İTTİHAM VAR
"Oba" marketlər şəbəkəsinin yayımladığı reklam çarxı narazılıqlara səbəb olub. Reklam çarxı Azərbaycanın görkəmli xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirindən götürülmüş misraların dəyişdirilməsi əsasında çəkilib. Bu isə Səməd Vurğunun ailəsində böyük narazılıq yaradıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən şairin nəvəsi Nigar Vəkilova belə bir reklamın çox iyrənc və səviyyəsiz olduğunu bildirib: "Mən bu məsələni eşidən kimi Səməd Vurğunun ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya xəbər verdim. Axı bu cür şeirin misralarının bir hissəsini dəyişdirib belə bir aşağılayıcı reklamda necə çəkib yayımlaya bilərlər ki? Kənardan çox iyrənc görünür. Biz bu səviyyəsiz reklam çarxı ilə bağlı ciddi tədbirlər görəcəyik. İlk tələbimiz o reklamın yayımının dayandırılmasıdır. Məhkəməyə müraciət etməyi də düşünürük, amma hələ müraciət etməmişik". Xatırladaq ki, "Azərbaycan" şeiri 1933-cü ildə yazılıb. 1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edilib. Şeirin sözlərinə bəstəkar Ələkbər Tağıyev tərəfindən eyniadlı "Azərbaycan" mahnısı bəstələnib. Qeyd edək ki, sözügedən reklam çarxı "El bilir ki, sən mənimsən, alış-veriş mərkəzimsən" misraları əsasında hazırlanıb və bir neçə radioda yayımlanır.
XalqXeber.Az
Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək