ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib
6 fevral tarixində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tərəfindən Kommunikasiya və Rəqəmsal Media ixtisasının tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib.
Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, dövlət başçısının 2021-ci il 12 yanvar tarixli müvafiq Fərmanına əsasən media sahəsində islahatların əhatə dairəsi genişləndirilib, sahə üzrə keyfiyyət dəyişikliklərinin aparılması daha geniş vüsət alıb, həmin islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması, peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl işlər görülür. Media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbələr məlumatlandırılıb, xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan nizamlanması ilə bağlı əsas məqamlar diqqətə çatdırılıb.
İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək