Sabirabadda Gənclər Narkotikə yox deyir şuarı altında regional konfrans keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən "Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi “Gənclər Narkotikə yox deyir şuarı altında regional konfranslar” layihəsinin ikinci konfransının icrasına star verdi. Konfrans Sabirabad Dövlət Sosial İqtisadi Kollecində keçirildi.
Qeyd edək ki, 3 ay müddətində icra olunacaq layihənin rəhbəri Büllur Məmmədovadır.
Layihənin ideası Azərbaycanın narkotiklərin geniş yayıldığı, interaktiv xəritədə qırmızı və sarı zonalara daxil olan rayon və şəhərlərində gənclərin narkomaniyaya qarşı mübarizə bilgilərini artırmaq, narkomaniya ilə mübarizə mədəniyyətini təkmilləşdirməkdən ibarətdir.
Layihənin qısa məzmunu ondan ibarətdir ki, gənclərin narkotik vasitələrdən asılılığının əvvəlcədən qarşısını almaq məqsədilə regionlarda konfranslar təşkil olunur.
Məqsəd ölkəmizdə gənclərin narkotik maddələrdən asılılığının qarşısını almaq və ümumiyyətlə buna yol verməmək, bunun üçün qabaqlayıcı maarifləndirmə tədbirləri təşkil etmək, yeni nəsil nümayəndələrinin sağlam həyat tərzi sürməyə üstünlük verməklə narkotik maddə istifadə etmək təhlükəsindən uzaqlaşmalarına, narkotik maddə istifadəçisi olan gənclərin statistikasında sürətli şəkildə azalmaya nail olmaqdır.







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?