“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
"Xətai rayonu, Gəncə prospekti, 58b ünvanındakı mənzil kompleksini qanunsuz idarə edən “Xətai Park Servis” MMC bu gün məhkəməyə əcaib protokol gətirmişdi. Guya sakinlərin ümumi yığıncağının protokolunu..." "Dia.az" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
Ekspert daha sonra bunları əlavə edib: "Kompleksdə 1500-dən çox mənzil var, bu isə cəmi 9 nəfərin imzası ilə protokol gətirib ki, ay məhkəmə, biz binanı qanuni olaraq ümumi yığıncağın bu qərarı əsasında idarə edirik. Əlavə olaraq təxmini 400 nəfərin də imzalı sənədini gətiriblər ki, sakinlər bizdən razıdır və guya ki, bu imzalar da ümumi yığıncaqda çoxluğun iştirakını təsdiq edir (halbuki, 750-dən də xeyli çox imza lazımdır). Nümayəndəsindən soruşdum ki, bu ümumi yığıncağı harada keçirmisiz əyani şəkildə? Cavab verdi ki, “harada lazımdırsa, orada da keçirmişik”. Bu anda protokolun tarixinə (1 may 2020-ci il) fikir verərək, özümü gülməkdən zorla saxlayaraq dedim ki, keçirə bilməzdiniz axı o dövrdəki karantin qaydalarına əsasən. Şahmatda buna “kooperativ mat” deyirlər. Yəni tikinti şirkəti ona mat qoymağıma özü yardım etdi!.. Ümumi nəticə isə budur: tikinti şirkətləri o qədər harınlayıb ki, heç sənədləri də əməlli-başlı saxtalaşdıra bilmirlər..."(Dia.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək