İrakli Kobaxidze Gürcüstana verdiyi dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Baş nazir İrakli Kobaxidze Gürcüstan və gürcü xalqına göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Bu barədə Gürcüstan Hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, İrakli Kobaxidze Prezident İlham Əliyevə və Baş nazir Əli Əsədova səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Gürcüstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb.
“Bizim üçün bu dostluq və münasibətlərin daha da dərinləşməsi son dərəcə vacibdir. Bu, həm bizim, həm də əminəm ki, Azərbaycanın strateji maraqlarına xidmət edir. Bir daha Prezident İlham Əliyevə Gürcüstan və gürcü xalqına göstərdiyi dəstəyə və Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürümü bildirirəm,” - Baş nazir Kobaxidze bildirib.(Report)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək