SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səngərdə olan gizirin xanımından Ramil Usubova ürəkparçalayan - Müraciət

Səngərdə olan gizirin xanımından Ramil Usubova ürəkparçalayan - Müraciət

Tarix:

9-08-2017, 16:13

/ 1 239 dəfə oxundu.
Səngərdə olan gizirin xanımından Ramil Usubova ürəkparçalayan - Müraciət

“Mən bu gün hərbçi, səhər şəhid ailəsi adını qazanmağa hazır olan Azərbaycan qadını kimi etiraz səsimi ucaldıb dövlətimizin rəhbərlərinə - Ali baş komandan İlham Əliyevə, 1-ci vitse prezident Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Ramil Usubova müraciət edirəm
Özü səngərdə əlində silah erməniylə üz üzə dayanan hərbçinin ailəsi Şirvanda polis işçisi olan sələmçi Təbriz Cəfərovun qarşısına əli yalınmı çıxsın?”
Bu sözləri səngərdə düşmənlə üz-üzə dayanan gizirin xanımı, Şirvan şəhəri Xəqani 88, mənzil 20 ünvanında yaşayan Abdulrəhmanova Lamiyə Şahin qızı şikayət məktubunda yazıb.
Hərbçi-gizir bu günə kimi Təbriz adlı şəxsə 20 min manatdan çox sələm ödəyib. Sonra sələmi ödəyə bilməyib və Təbriz də 2500 manatı 10 min manata kimi şişirdib onu Şirvan şəhər məhkəməsinə verib.
Xanımının sözlərinə görə, Şirvan şəhər məhkəməsinin sədri Elçin Qurbanov, Şirvan polis şöbəsinin müstəntiqi Əhməd Baloğlanov sələmçi Təbriz Cəfərova arxa çıxıb bizi küçələrə atmaq istəyir:
“3 yaşlı balam Zəhranın, 2 yaşlı Elcanın fəryadına kim səs verəcək? Kim gəlib Şirvan şəhərində sələmçi Təbriz Cəfərovu durduracaq qanun qarşısında cavab verməyə cəlb edəcək? Yoldaşım Elgünün mobil telefonuna Təbriz zəng vurub küçə söyüşləriylə təhqir etdi, hədələdi və Şirvan şəhər prokurorluğuna şikayət verdik.
Prokurorluq cinayət içi açıb polis şöbəsinə versədə, istintaqın müstəntiqi Əhməd Baloğlanov Təbrizə pulu var deyə “get kef elə” dedi. Müstəntiq yoldaşıma açıq deyir ki, Təbrizin səs yazıları həbs olunmasına əsas deyil.
Haçan Təbriz səni öldürsə, onda cinayət işi açıb həbs edərik. Şirvan şəhər məhkəməsinin sədri Elçin Qurbanov Zəhranın Elcanın adından şikayətimiz ictimailəşəndən sonra müstəntiqə deyib ki, sənədləri topla göndər Hərbi Prokurorluğa. Yəni, Təbriz Cəfərova Elgün böhtan atdığı üçün yoldaşımı həbs etsinlər.
Eyni zamanda Təbriz Elgünü müstəntiq Əhməd Baloğlanovun cinayət işini rədd etməsini əsas götürüb yenidən məhkəməyə verəcək və Elçin Qurbanov yenidən cərimə olunmaq barədə qərar verəcək”.
Şikayətçi sual edir ki, nəyə görə müstəntiq, məhkəmə qəbul etdiyi qərarın sürətini tez-tələsik Təbrizə verir, amma bizə vermirlər:
“Məhkəmədən heç xəbərimiz olmadan Elçin Qurbanovun qəbul etdiyi qərarı 27 iyul 2017-ci il tarixdə gedib özümüz almışıq.
Mən stressdən xəstəlik tapmışam, evdə müalicə alıram. Üzümü tutub cənab Prezidentimiz İlham Əliyevə, Mehriban xanıma, Ramil Usubova, Fikrət Məmmədova deyirəm. 1 gənc ailənin həyatıyla görün müstəntiq Əhməd Baloğlanov, məhkəmə sədri Elçin Qurbanov görün pulun gücüylə necə oynayırlar?!
Mən artıq 2 körpə balamla hər şeyi göz önünə almışam. Əyninə polis forması geyinib camaatı pulu hesabına şərlətdirən, evini, eşiyini satdırmaq istəyən sələmçi Təbriz Cəfərov barəsində cinayət işi açılmasa, müstəntiq Əhməd Baloğlanov və məhkəmənin sədri Elçin Qurbanov barəsində ölçü götürülməsə Şirvanda gənc ailənin faciəsi yaşanacaq. Mən dövlətimin ədalətinə inanıb qətiyyətli qərar gözləyirəm”.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ