QHT Astara şəhərində ekokönüllülüklə bağlı maarifləndirmə tədbiri keçirib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətənpərvər Maarifçi Gənclər" ictimai birliyi icra etdiyi "EkoKönüllülər: Gənclər Təbiət və Bəşəriyyət Yolunda" layihə çərçivəsində növbəti tədbiri keçirib.
Astara şəhəri 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə reallaşan görüşdə layihənin əsas məqsədi və gənclər arasında ekokönüllüyün təbliğinin əhəmiyyətindən bəhs edilib. Tədbir iştirakçılarına COP-29 irsinin cəmiyyətimizin bütün təbəqələrinə çatdırılmasının və bunun sağlam gələcəyimizin formalaşmasında xüsusilə vacib rol oynadığı qeyd edilib. Ekokönüllülüyün prinsipləri barədə məlumat verən layihə icraçıları gəncləri ekologiyamızın qorunmasında fəal olmağa çağırıblar. Bundan əlavə, tədbir iştirakçılarına bildirilib ki, ekokönüllülük ənənələrinin inkişaf etdirilməsi həm Azərbaycanda, həm də bütövlükdə regionda ekoloji problemlərin aradan qaldırılmasına ciddi töhfə verəcək.





Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...