QHT Astara şəhərində ekokönüllülüklə bağlı maarifləndirmə tədbiri keçirib

Astara şəhəri 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə reallaşan görüşdə layihənin əsas məqsədi və gənclər arasında ekokönüllüyün təbliğinin əhəmiyyətindən bəhs edilib. Tədbir iştirakçılarına COP-29 irsinin cəmiyyətimizin bütün təbəqələrinə çatdırılmasının və bunun sağlam gələcəyimizin formalaşmasında xüsusilə vacib rol oynadığı qeyd edilib. Ekokönüllülüyün prinsipləri barədə məlumat verən layihə icraçıları gəncləri ekologiyamızın qorunmasında fəal olmağa çağırıblar. Bundan əlavə, tədbir iştirakçılarına bildirilib ki, ekokönüllülük ənənələrinin inkişaf etdirilməsi həm Azərbaycanda, həm də bütövlükdə regionda ekoloji problemlərin aradan qaldırılmasına ciddi töhfə verəcək.



