TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Naxçıvanda fəaliyyət göstərən APF Group MMC, çoxsaylı müqaviləsiz işçi çalışdırdığı üçün 200 min manat məbləğində cərimələnib. Bu haqda “Gündəlik Naxçıvan”a şirkətdə çalışan əməkdaşlar məlumat veriblər. Onların sözlərinə görə, şirkət həm də işçilərdən mənimsədiyi əməkhaqları ödəyib.
Dekabrın əvvəlində Babək rayonunda yerləşən MMC-yə məxsus meyvə bağında 200-dən çox işçinin müqaviləsiz işlədildiyi haqda məlumat paylaşmışdıq. O vaxt işçilər bildirirdilər ki, şirkət onlarla insanlıqdan kənar rəftar edir, verilən maaşları ödəmir və ağır şərtlər altında işləməyə məcbur edir.
İşçilər deyirlər ki, problemin ictimailəşməsindən sonra yerli Dövlət Vergi Xidməti şirkətdə yoxlamalara başlayıb:
"Xidmətdən gəlib bizi də dindirdilər. İşçilərin müqaviləsiz, ağır şərtlər altında işlədildiyi və maaşların vaxtında verilmədiyi təsdiqləndi. Şirkəint vergidən yayındığı, bu yolla külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Yozlamaya gələnlər dedilər ki, MMC bu səbəbdən böyük məbləğdə cərimə olunub. Sonradan eşitdik ki, 200 min manat cərimə yazılıb, amma əlavə 100 min manat rüşvət alıb məsələni bağlayıblar. Bizim maaşların bir hissəsini ödədilər, söz verdilər ki, tezliklə qalanını da verəcəklər. Amma hələ də bizimlə rəsmi müqavilə bağlanmayıb. Görünür, bu məsələni də rüşvət hesabına öz xeyirlərinə həll ediblər."
İşçilər müqavilələrinin bağlanması və əmək hüquqlarının tam bərpa olunması üçün aidiyyəti qurumlardan müdaxilə gözləyirlər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək