TEYMUR MUSAYEV HƏBSİN BİR ADDIMLIĞINDA - Gecəni nazirlikdə keçirdi, heç kəs telefonlarına cavab vermir
Hüquq-mühafizə orqanlarının Səhiyyə Nazirliyində keçirdiyi antikorrupsiya əməliyyatı nazir Teymur Musayevi qorxuya salıb.
Qeyd edək ki, aparılan əməliyyat zamanı nazirliyin bir neçə yüksək vəzifəli şəxsinin – nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova saxlanıldığı deyilir.
Bundan əlavə daha 4 nəfərin də həbsi xəbəri var.
Nazirlikdəki mənbənin Gununsesi.info-ya verdiyi xəbərə görə, nazir Teymur Musayev yola saldığımız gecəni iş otağında keçirib.
Ən yaxın ətrafı ilə iclas təşkil edərək, onları gözləyən təhlükədən çıxmağın yollarını müzakirə edib.
Mənbəmiz nazirin yaxın olduğu yüksək vəzifəli şəxslərə etdiyi telefon zənglərinin də cavabsız qaldığını bildirib.
“Həbs edilən şəxslər nazirin əleyhinə ifadə verəcəyi təqdirdə onun da vəzifədən azad edilib məsuliyyətə cəlb olunacağı qaçılmazdır” deyə mənbəmiz əlavə edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?