XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » “Bakı Sığorta”nın lisenziyası ləğv edildi

“Bakı Sığorta”nın lisenziyası ləğv edildi

“Bakı Sığorta”nın lisenziyası ləğv edildi
13-12-2024, 18:54

“Bakı Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş 2009-cu il 4 sentyabr tarixli lisenziya ləğv edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə ləğv olunub.

“Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.