XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Bələdiyyələrin gəlirləri informasiya sistemində əks olunacaq

Bələdiyyələrin gəlirləri informasiya sistemində əks olunacaq

Bələdiyyələrin gəlirləri informasiya sistemində əks olunacaq
10-12-2024, 12:12

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.
Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.
Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.