Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var
Gəncə Regional Turizm İdarəsi “Xan yurdu” etno qəsəbəsinin təbliğat və təşviqat işlərinin həyata keçirilməsi üzrə 08.09.2024-cü ildə başladığı kotirovka sorğusunun nəticələrini açıqlayıb. Dövlət satınalmalarının vahid internet portalına 16.11.2024-cü ildə yerləşdirilimiş məlumata görə müsabiqənin qalibi “TASK HUB” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 23.475 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Bundan əlavə Gəncə Regional Turizm İdarəsi 16.11.2024-cü ildə “TASK HUB” MMC ilə bir mənbədən satınalma metodu ilə daha bir müqavilə bağlayıb. Göygöl Moruq Festivalının təşkili üzrə keçirilmiş bu müsabiqə isə 8.147,6 manat dəyərində qiymətləndirilib.
İndi gəlin görək Gəncə Regional Turizm İdarəsinin bir gündə iki satınalma müqaviləsi bağladığı MMC kimə məxsusdur və nə kimi işlər görür?
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TASK HUB” (VÖEN: 2305984031) Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.02.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, GÜLÜSTAN QƏSƏBƏSİ, ev 17, m. 3, qanuni təmsilçisi kimi isə İsgəndərov Tural Telman oğlu qeyd olunub.
Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, İsgəndərov Tural Telman oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsi, mühasibat uçotu və audit kafedrasında assistentdir.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi Gəncə Regional Turizm İdarəsi 8 ay əvvəl dövlət qeydiyyatına alınmış, heç bir təcrübəyə malik olmayan bir MMC ilə təbliğat və təşviqat işlərinin, festifalın həyata keçirilməsi işləri üzrə 31 min manatdan çox dəyəri olan satınalma müqavilələri bağlayıb.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə Göygöl rayonunda “Moruq Festivalı” keçirilib. Göygöl rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən festival Sentyabrın 14-15-də Göygöl rayonunun Keşkü kəndində baş tutub. Tədbirin açılışında Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov,Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov iştirak ediblər.
Rəsmi məlumatlardan da göründüyü kimi, Göygöl rayonunda “Moruq Festivalı” sentyabrın 14-15-də keçirilib. Sual yaranır. Sentyabrda keçirilmiş bir tədbirin təşkili üzrə satınalmanın nətiıcəsi nədən noyabrda açıqlanıb? Festifalın təşkilinə nə qədər vəsaitin xərclənməsi bəlli olmasa da, bəlil olan odur ki, sentyabrda festifalın keçirilməsinə xərclənən pulu indi satınalma yolu ilə dövlətdən geri gütürürlər. Bu da təbii ki, Aqrar Universitetinin assistentnin işi deyildir.
Görsənən odur ki, MMC-nin qanuni təmsilçisi İsgəndərov Tural Telman oğlu burada formal bir şəxsdir. “TASK HUB” MMC-nin arxasında ya Aqrar Universitetin rektoru Zəfər Qurbanov, ya da Gəncədəki yüksək çinli məmurlardan biri dayanır. Bu 16 avqust 2023-cü il tarixindən Dövlət Turizm Agentliyinin əmri ilə Gəncə Regional Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş Zaur Bayramov da ola bilər.
Aktualinfo.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?