Mübariz xalqımıza Qələbə yaraşır
8 noyabr - Zəfər bayramı ölkəmizdə böyük coşqu ilə keçdi. Azərbaycan Prezidenti İlham Əliyev Zəfər parkının açılışında geniş çıxış etdi. Dövlətimizin başçısı xalqımızı böyük bayram münasibətilə təbrik edərək deyib: Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.
Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Bəli, Ermənistan tərəfindən ölkəmizə qarşı yeridilən və 30 il davam edən işğsaçılıq, bəzi beynəlxalq təşkilatların və dövlətlərin çirkin niyyətləri də Azərbaycan Ordusunun zərbələri ilə darmadağın edildi. İndi düşmənlərimizin xarabazara çevirdiyi şəhər və kəndlərimiz yenidən abadlaşdırılır. Bu gün keçmiş qaçqın və məcburi köçkünlərimiz üçün ikiqat bayramdır. Biz bu möhtəşəm Qələbəni otuz iki il həsrətlə gözləmişik. İndi sevincimizin həddi-hüdudu yoxdur. Mübariz xalqımıza Qələbə yaraşır! Bu Qələbə bizimlə əbədi olacaq!
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...