Mübariz xalqımıza Qələbə yaraşır

Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Bəli, Ermənistan tərəfindən ölkəmizə qarşı yeridilən və 30 il davam edən işğsaçılıq, bəzi beynəlxalq təşkilatların və dövlətlərin çirkin niyyətləri də Azərbaycan Ordusunun zərbələri ilə darmadağın edildi. İndi düşmənlərimizin xarabazara çevirdiyi şəhər və kəndlərimiz yenidən abadlaşdırılır. Bu gün keçmiş qaçqın və məcburi köçkünlərimiz üçün ikiqat bayramdır. Biz bu möhtəşəm Qələbəni otuz iki il həsrətlə gözləmişik. İndi sevincimizin həddi-hüdudu yoxdur. Mübariz xalqımıza Qələbə yaraşır! Bu Qələbə bizimlə əbədi olacaq!
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası