Çin nümayəndəsi: "Yaşıl enerji"yə keçid təbiətin qorunmasına xidmət edəcək
"Yaşıl enerji"yə keçid prosesi tək bizim ölkənin deyil, bütövlükdə region əhalisinin və təbiətin qorunmasına xidmət edəcək.
Bunu Çinin Enerji Fodunun nümayəndəsi Jing Hui COP29 çərçivəsində "Ətraf mühitin birgə istifadəsi: İqlim dəyişikliyi və mədəni irsin qorunması üzrə submilli addımlar" mövzusunda keçirilən tədbirdə deyib.
"Bizim əsas məqsədimiz ölkəmizdə karbon emissiyalarının azaldılması üzrə təcrübəni digər dövlətlərə paylaşmaqdan ibarətdir. İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən mexanizmlər nəticəsində ölkəmizdə bir sıra dövlət proqramları irəli sürülüb. Şanxay bölgəsi vacib enerji mərkəzidir. Burada kömür hasil edən mədənlər mövcuddur. Çin bu regionda həyata keçirilən tədbirlər nəticəsində 2030-cu ildə ölkənin ekoloji cəhətdən təmiz enerji ilə təchizat səviyyəsini 60 faizə çatdırmağı hədəfləyir", - o qeyd edib.
BMT-nin İqlim Dəyişmələri üzrə layihə rəhbərlərindən Yuanfeng Vu də Çində bu sahədə görülən tədbirlərdən danışıb:
"Biz müxtəlif sahələrdə karbon kommunikasiyalarının həyata keçirilməsinə çalışırıq. Vaxtaşırı müxtəlif universitetlər, məktəblər, eləcə də bir sıra iş yerlərində ağacəkmə və təbiəti mühafizə aksiyaları keçiririk. Hesab edirik ki, iqlim dəyişikliyinə qarşı görüləcək tədbirlər məhz yaşıllaşdırma və "yaşıl iqtisadiyyat"a üstünlük verilməsindən başlamalıdır".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?