Sumqayıtda Zəfər Günü ilə bağlı konsert olub
8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıtın əsas meydanında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə möhtəşəm bayram konserti keçirilib.
Bu barədə Xalqxeber.az-a Sumqayıt İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, Azərbaycanın şanlı tarixindəki qürurlu günlərdən biri də noyabrın 8-də qeyd etdiyimiz Zəfər bayramıdır. Bu bayram qəhrəman Ordumuzun və xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazdığı bir dastanın hekayəsidir. Qələbənin dördüncü ildönümü ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da böyük sevinclə qeyd edilib.
Bayram tədbirinin keçirildiyi ərazi, şəhərin mərkəzi küçələri, parklar və xiyabanlar şanlı Zəfərin dördüncü ildönümü ilə əlaqədar bəzədilib, Zəfərə həsr edilən plakatlar asılıb.
Konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev, Təyyar Bayramov, Nadir Qafarzadə, Şəmistan Əlizamanlı, Aytən Məhərrəmova, Namiq Qaraçuxurlu, Ceyhun Zeynalov iştirak edib.
Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olub.
Konsert proqramından sonra təşkil olunan bayram atəşfəşanlığını Sumqayıtın minlərlə sakini izləyib.







XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?