SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) tərəfindən Zəfər və Bayraq Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) tərəfindən Zəfər və Bayraq Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Tarix:

9-11-2024, 17:30

/ 240 dəfə oxundu.
Gənclər Təşkilatlarının Milli Şurası (NAYORA) tərəfindən Zəfər və Bayraq Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib


Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərin əsas məqsədi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin əhəmiyyətini, dövlət-xalq-ordu birliyi sayəsində əldə etdiyimiz böyük Qələbəni və Vətən torpaqlarının azadlığı uğrunda xalqın apardığı mübarizəni gənc nəsilə çatdırmaq olub.
Əvvəlcə gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri Zəfər və Bayraq Gününü münasibətilə I və II Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər. 2000-dən çox gəncin iştirak etdiyi yürüşdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsi dərin ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurası və “İrs” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib. Mərkəzi Qan Bankında təşkil olunan aksiyada gənclər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar dəstək olmaq məqsədi ilə təşkil olunub.
8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfər Liqası” adlı futbol turnirinin ilk mərhələsi keçirilib. Turnir çərçivəsində 16 gənclər təşkilatını təmsil edən komanda mübarizə aparıb. Yarış əsas məqsədi gənclər arasında dostluq və sağlam rəqabət ruhunu gücləndirmək olub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin Sədası” adlı tədbir keçirilib. 250-dən çox gəncin iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Naqif Həmzəyev və digər təşkilat rəhbərləri iştirak ediblər. Çıxışlar zamanı 44 günlük Vətən müharibəsində xalqımızın göstərdiyi əzm və qələbənin əldə olunmasında gənclərin rolu barədə danışılıb. Tədbir zamanı həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin şərəfli döyüş yolu ilə bağlı müzakirələr aparılıb, qazi və şəhid ailələrinin üzvlərinin fikirləri dinlənilib. Bədii hissədə Vətənə, qələbəyə həsr olunmuş əsərlər ifa edilib və milli rəqs nümunələri nümayiş olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin incəsənətdə ifadəsi” adlı tədbir baş tutub. Tədbir zamanı tar, kamança və nağara kimi milli musiqi alətlərinin müşayiəti ilə vətənpərvərlik ruhunu əks etdirən musiqilər səsləndirilib. Gənclər zəfərin əzəmətini və vətənə olan sevgini sənət vasitəsilə ifadə edərək, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən tarixi günü birgə qeyd etmək imkanı əldə ediblər.













Şərhlər

XƏBƏR LENTİ