Qalmaqallı MTK-dan ev alan şəxs məhkəməyə müraciət etdi - 2 milyonluq vergi borcu da varmış
Viktoriya-313" MTK məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, şirkət barəsində ZEYNALOVA YELENA iSLAMOVNA Abşeron rayon Məhkəməsi müraciət edib.
Məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə və Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun verilməsi ilə bağlıdır.
Məhkəmə işi hakim Habil Əhmədovun icraatındadır.
Əldə etdiyimiz digər məlumata görə, şirkətin dövlətə külli miqdarda vergi borcu yığılıb. Belə ki şirkətin vergi borcu 1928252.05 AZN-dir.
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan "VİKTORİYA-313" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçi FİTAT MƏMMƏDOVA HACI QIZIdır.
Mətbuatda gedən məlumata görə isə "VİKTORİYA-313" Mənzil Tikinti Kooperativin rəhbəri əslən Naxçivandan olan, hazırda həbsdə olan Arzuman Əliyevdir.
Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə işinə baxılan Arzuman İsa oğlu Əliyev 11 noyabr 2016-cı il tarixində 11 il müddətinə azadlıqdan məhrum edilmişdir.![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək