"Krant suyunu bidonlara doldurub satırlar..." - BU NƏDİ BELƏ?..
"Şikayətim "Badamlı" sularındandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Alpay Allahverdiyev adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "4 aydır... hər ay demək olar ki, 6 ədəd 18 litrlik dispenser üçün su sifariş edirəm evə. Axırıncı dəfə sifariş etdiyim suyu içəndən (1 stəkan) sonra evdə hər kəsdə yüngül qarın və mədə ağrıları yarandı, hətta evdə pişik saxlayırıq və onun da qabına bu sudan tökmüşəm.
Suyu içəndə qəribə bir dad və iy hiss etdim, düşündüm yəqin məndən əvvəl bu stəkanda nəsə içilib, ola bilər iy qarışıb və s. Təsəvvür edin evdə övladlarım da suyu içən vaxtı həmin iyi hiss ediblər və eyni mənim kimi düşünüblər ki yəqin stəkandan gəlir iy.
Hər şey 1 stəkan suyu içəndən sonra başladı: Qarın ağrısı və mədə ağrısı. Yenidən başqa stəkana su süzüb baxıram ki su bildiyiniz krant suyu. Yəni krantdan bidona doldurub satırlar, amma halbuki guya Naxçıvandan dağlardan gəlir "Badamlı"...
Özlərinə şikayət etmişəm, hələ geri dönüş etməyiblər. Suyu verəcəm Qida təhlükəsizliyi agentliyinə yoxlasınlar.... İndi gedib nazirliyə hörmət edib rəy verəcəklər ki bəs su əladır, heç bir problemi yoxdur... Yəni bildiyiniz krant suyunu bidona doldurub bazarda satırlar..."(DİA-AZ)
![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?