Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... - AMMA...
"Nəzərinizə çatdırım ki artıq ildən çoxdur ki "Socar" KQİT-d işçilərə uniforma vermir". "DİA-AZ xəbər verir ki, bunu öz gileyində SOCAR Kompleks Qazma İşləri Trestində (KQİT) çalışan işçilərdən biri yazıb.
Narazı vətəndaş daha sonra qeyd edir: "Nə forma, nə də ki uzunboğaz çəkmə də verilmir. Bunun səbəbi nə ola bilər ki?
Bu müddət ərzində yalnız bir bölümə bir neçə müavin gəlməyinin şahidi olmuşuq başqa iş görən yoxdur..."
"DİA-AZ" bildirir ki, bu gileyə reaksiya verən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əlaqədar qurumları hərəkətə keçməyə çağırıb:
"Bu məsələnin araşdırılmasına ehtiyac duyulur.
Əgər şikayət düzdürsə, bu halda KQİT tərəfindən Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 209-cu maddəsi pozulmuş olur. Həmin maddədə işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi aydın ifadələrlə qeyd olunur..."
DİA-AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?