“Melissa Group” şirkətinin rəhbəri Xəzər Məmmədov vətəndaşların evlərini belə dağıtdırır-Videolar
Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işlərinin aparıldığı deyilir.
XALQ.AZ-ın məlumatına görə, bir neçə həftə əvvəl çəkildiyi deyilən videodan görünür ki, vətəndaşlar eyvanda dayanaraq söküntü prosesini izləyirlər. Onların çığırtılarından bilinir ki, söküntü haqda əvvəlcədən məlumatları olmadıqları üçün evlərini tərk edə bilməyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza bildirib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.
İddialara görə, söküntünü həyata keçirən “Melissa” tikinti şirkətidir. Yayılmış görüntülərlə əlaqədar şirkətlə əlaqə saxlasaq da, açıqlama verilməyib.
Xatırladaq ki, ötən ay da həmin ərazidə yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü bildirmişdilər.
Video: Baku TV
VİDEO: https://bax.tv/hadise-ve-olaylar/bakida-sakinler-evde-ola-ola-sokuntu-aparildi--202151?utm_source=playerBaxTV&utm_medium=context_menu&utm_campaign=organic![]()
Qeyd edək ki, “Melissa Group” şirkətinin sahibi Qalib Məmmədovdur. Baş direktoru isə Xəzər Məmmədovdur.![]()

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?