Xaçmaz rayon Mərkəzi Xəstəxanasının özü XƏSTƏLİK MƏNBƏYİDİR... - FOTOFAKT
Neçə müddətdir ki, Xaçmaz rayon sakinləri onları narahat edən əsas məsələlərdən birindən - Xaçmaz rayon Mərkəzi Xəstəxanasının durumundan giley edirlər. Dia-az.Media xəbər verir ki, artıq bir neçə dəfə bu barədə paylaşım edən xaçmazlılar sözügedən tibb ocağının əslində xəstəlik mənbəyi olmasını vurğulayırlar.
Qeyd edək ki, bu barədə bir dəfə məlumat paylaşmışdıq. Dia-az.Media olaraq sosial şəbəkələrdən əldə etdiyimiz xəbərdən aydın olur ki, durum yenə də acınacaqlıdır və aradan az qala bir aya yaxın vaxtın keçməsinə baxmayaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasının başbilənləri hansısa tədbir barədə düşünmürlər.
Sakinlər yazır: "Ötən həftələrin birində işıqlandırdığımız Xaçmaz rayon mərkəzi xəstəxanasının durumu dəyişilməz olaraq qalmaqdadır...
Xaçmaz rayon mərkəzi xəstəxanasında tibbi heyət çatışmamazlığı, antisanitarik vəziyyət, təmirə ehtiyacı olan palatalar və əşyalar dəyişilməz olaraq qalmaqdadır...
Apardığımız müşahidələr nəticəsində məlum olur ki, xəstəxana rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib".
Sakinlərin təqdim etdiyi fotoları diqqətinizə çatdırırıq:






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək