“Leo Bank”a güvənib Biləcəridən o yana da keçmək olmaz... - BU DA FAKT!!!
"Şikayətim "Leobank"dandır. Mən hazırda xaricdəyəm, bütün pulum bu kartdadır..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Son günlərdə hər dəfə bir problemi çıxır. Keçən dəfə durduq yerə tətbiqə daxil ola bilmədim. Yazdım, dedilər zəng edəcəklər, 1 gün sonra baxdım səs soraq yoxdur, təkrar yazandan sonra zəng etdilər. 1 gün pulsuz parasız qaldım. Heç problemin nədən qaynaqlandığını demədilər, sadəcə Azərbaycan nömrəmi xarici nömrə ilə dəyişdirdilər. İndi də durduq yerə kartım bloklanıb, yazıram "wotsap"dan dəstək xəttinə, deyir ki, qeydiyyatda olan nömrədən yazın. Azərbaycan nömrəsinin "wotsap"ını silə bilmərəm. Məcbur yenə "Facebook"dan dəstəyə yazdım. Fin istədilər, yolladım, yenə yazdı ki, təəssüf öz nömrənizdən yazın. "Facebook"da nə nömrə? Ad, soyad da mənimdir və daha əvvəl də müraciət etmişəm, fin kod təqdim etmişəm, məlumat veriblər. İndi niyə məlumat vermirlər? Və əgər face.dən məlumat verilməyəcəksə, niyə fin kod istəyirsiz? Aşağıda da iki ayrı yazışmanı qoydum. Fin kodu təqdim etdiyim ilkində nömrə dəyişikliyi üçün yazmışdım, heç demədi qeydiyyatdakı nömrədən yaz, məlumatı verdi, indi belə deyir. Eyni yazışmanı atıram aşağıdakı cavabı təkrarlayıb dururlar. Hal hazırda pulsuz parasız qalmışam. Azərbaycana gələn kimi başqa karta keçəcəm. Artıq "Leobank" rəsmən xəyal qırıqlığı oldu.."







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO