
Azərbaycan ordusunun qələbəsi son 200 ildə görünməyən bir zəfər kimi tarixə düşdü. Bu qələbədə xalq, ordu və Ali Baş Komandanın rəhbərliyi öz sözünü səngərdə dedi. Biz tarixi qələbəni qazandıq. Bu böyük qələbədə hərbçilərlə ciyin-çiyinə çalışan yol çəkənlərin də xüsusi payı var. Onlar hərbçilərin ardınca, bəzən də onlarla çiyin-çiyinə təminat və təxliyə yollarının çəkilişində böyük fədakarlıq göstəriblər. Gecə-gündüz, qar-çovğun demədən üzərlərinə düşən vəzifənin öhdəsindən uğurla gəliblər və qələbəmizi tam təmin ediblər. Elə haqqında söhbət açacağımız qəhrəman yol çəkənlərdən biri də Emin Valeh oğlu Məmmədovdur. Hansı ərazidə işləyibsə, hər kəs onun haqqında danışır. Onun adı dillərdən düşmür. Ehtiyacı olanların yanında olub. Onu yaxından tanıyaq:
Emin Valeh oğlu Məmmədov 24 yanvar 1986-cı il Gədəbəy rayonunun Miskinli kəndində anadan olub. Elə həmin kəndin 1 saylı orta məktəbində təhsil alıb. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub və 2007-ci ildə bakalavr diplomunu, 2009-cu ildə isə magistr dərəcəsini alıb. 2008-ci ildən başlayaraq Azərbaycanda və xaricdə avtomobil yolları və körpülərin tikintisində özünün bilik və bacarığından istifadə etməklə böyük uğurlara imza atıb. Şirkətdə mütəxəssis kimi böyük praktiki təcrübə qazanaraq əvəzolunmaz yol mühəndisi adını qazanır...
44 Günlük Vətən müharibəsindən sonra Qarabağda qələbə qazanan dövlətimiz quruculuq işlərinə başlayıb.
Ali Baş Komandan İlham Əliyevin Qarabağa Qayıdış Dövlət Proqramına start verməsi Qarabağda canlanma yaradıb. Tikinti, yol çəkilişi və minalardan təmizlənmə kimi qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bu işə mükəlləf olanlar quruculuğa cəlb olunub...
Elə Emin Məmmədov da layihə rəhbəri kimi işə başlayır. İlk olaraq Zəngilan Hava Limanının tikintisində fəal iştirak edir.
Bu məqsədlə Müdafiə Nazirliyinin sifarişi əsasında Hərbi təyinatlı təminat və təxliyə yollarının tikintisinə başlanır.
Laçın və Kəlbəcər rayonlarının sərt ərazilərində yerləşən hərbi hissələrrə təminat və təxliyə yollarının çəkilməsi plan olaraq onların qarşısında duran ən vacib amillərdən biri olur.
Hərbi təyinatlı yollarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə yerləşən kəndlərin qəbiristalığının yollarını da 4-5-ci dərəcəli yol kimi işləyib hazırlayırlar.
“Qisas” əməliyyatında təminat yolunun rolu

QAR VƏ ÇOVĞUNDA 24 SAAT ÇALIŞDIQ

Hətta bir dəfə xəbər verildi ki, dağın başında keşikdə dayanan hərbçilərə təminat çatışmazlığı yaranıb. Hərbi kalon yolda qalıb. Biz dərhal hərəkətə keçdik. 24 saat çalışdıq. Qar və çovğun bizi qorxutmadı. Yollardakı qar kütləsini təmizlədik və əsgərlərin yanına yetişdik. General Münasib Babayev də bizimlə birlikdə idi. Şaxta o qədər güclü idi ki, texnikalar çətinliklə hərəkət edirdi. Yolu görmək mümkün deyildi. Həmin gecəni biz orada qaldıq. Çovğun və qasırğadan xilas olub nəhayət, yolu açmağa nail olduq. Əsgərlərin təminatı verildi, ehtiyacları ödənildi, hərbi kalonu çətinlikdən qurtardıq”.
“Sarıbaba ” yüksəkliyinə yol çəkdik, generallar da bizimlə birlikdə idi

MN-nin baş qərərgah rəisi Kərim Vəliyev “Sarıbaba” yüksəkliyinə çəkdiyimiz yolla bağlı bizi fəxri fərman və digər mükafatlatla təltif etdi. Hətta MN-nin təsis elədiyi qol saatı ilə mükafatlandırıldıq”.
“BÖYÜK İŞIQLI” dağ yüksəkli uğrunda gedən döyüşlərdə əsgərlərlə çiyin-çiyinə idik

Vətənə təmənnasız göstərdiyim xidmətə görə, Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri cəmiyyəti məni medallarla təltif edib”.
İndi İşimizi AĞDAMDA davam etdiririk
Layihə rəhbəri Emin müəllimin Ağdamdakı tikinti və abadlıq işlərinə cəlb olunmasını isə xüsusilə qeyd edir. ““Qarabağa Böyük Qayıdış” dövlət Proqramı çərçivəsində Ağdamda işlərimizi davam etdiririk. Ağdam ərazisində ikinci faza yaşayış massivinə yolların çəkilməsi kimi qarşımızda böyük tapşırıqlar qoyulub.
Ağdamda böyük tikinti işləri aparılır. 2025-ci ildə Cənab Prezidentin göstərişi ilə Ağdama qayıdış təmin olunacaq. Qeyd edim ki, yolların çəkilişi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi bizim əsas vəzifəmizdir. Bu məqsədlə artıq işə başlamışıq. Işimizi sevə-sevə görürük. Çünki illərdir həsrətində olduğumuz torpağımıza qayıtmışıq.
Qisasımızı almışıq. Allah Ali Baş Komandan başda olmaqla əsgər və zabitlərimizi qorusun, ŞƏHİDLƏRİMİZƏ rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram”.
Subut Mehdiyev
















