Bəzi ərazilərə yenə su gəlmir
Xəbər verdiyimiz kimi, ötən gün İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidməti bu gündən şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsinin təmin ediləcəyi ilə bağlı məlumat yaymışdı.
Bu gün səhər saatlarından etibarən paytaxtın müxtəlif ərazilərində yaşayan sakinlər suyun verilişində hələ də məhdudiyyətlər olduğunu bildiriblər. Həmin ərazilərə Suraxanı, Ramana və Yasamal daxildir.
Məsələ ilə bağlı yenidən İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətinə sorğu ünvanladıq. Xidmətdən bildirildi ki, suyun verilməsinə başlanılıb: “Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılıb. Avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin edilməkdədir”.
Xatırladaq ki, bir neçə gündür, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar Bakıda suyun verilişində problemlər yaşanır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH