“Media seçki prosesi üzrə vəzifələrini layiqincə yerinə yetirir” — Baş redaktor
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli deyib.
Baş redaktor bildirib ki, medianın seçki prosesindəki rolu qanunvericiliklə tənzimlənir:
“Mərkəzi Seçki Komissiyası qanunun tələbinə uyğun olaraq, seçkilərin təşkili prosesində media ilə koordinasiyalı şəkildə işləyir. İctimaiyyətin seçki ilə bağlı maarifləndirilməsi media vasitəsilə həyata keçirilir. Bununla yanaşı, qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat kampaniyası ödənişsiz və ödənişli qaydada media subyektləri tərəfindən aparılır. Bu, medianın seçkilərin təşkili prosesinin ən mühüm kompenentlərindən biri olduğunu göstərir”.
V.Həsənli medianın seçkiqabağı təşviqat kampaniyasının qaydalara uyğun apardığını diqqətə çatdırıb.
“Ödənişli təşviqatda iştirak etmək üçün 58 media subyekti müraciət edib. Prosesə onlayn media subyektlərinin də qoşulması əhəmiyyətlidir. Bu, həm medianın inkişafına və seçki təcrübəsinin zənginləşməsinə təsir göstərir, həm də namizədlərin öz təşviqatını daha geniş auditoriyaya çatdırmasına şərait yaradır. Çünki onlayn medianın auditoriyası daha genişdir və hazırda cəmiyyətin informasiya təminatında əsas paya sahibdir. Mediada davam edən seçkiqabağı təşviqatda bütün qaydalara əməl edilməsi ölkədə demokratik və qanunlara uyğun seçki mühitinin mövcudluğundan xəbər verir”, - o bildirib.
Azərbaycanın demokratik və şəffaf seçki nümunəsi yaratdığını deyən baş redaktor qeyd edib ki, ölkəmiz seçkilərdə medianın fəaliyyətinə yaradılan şəraitə görə də örnəkdir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH