Süleyman Mikayılov “KRAL”la necə razılaşdı? -İLGİNC
Paytaxtın Qaradağ rayonunda “Kral” şadlıq sarayının sahibi əhalinin gündəlik istifadə etdiyi əsas yolu zəbt edib.
Məlumata görə, yerli icra hakimiyyəti yolun obyekt rəhbəri tərəfindən “işğal” edilməsinə göz yumur. Halbuki Qaradağ rayon icra başçısı Süleyman Mikayılov daşı daş üstünə qoymaq üçün pulsuz sərəncam vermir. İndi “Kral” sahibi özünü kral kimi apararaq yolu tutub və görünür ki, bu qanunsuz hərəkətə yol vermək üçün icra başçısından razılıq alıb. Sakinlərin sözlərinə görə, Qaradağ rayon İcra Hakimiyyəti və başqa qurumlar məlumatlandırılıb, amma addım atılmır. Yolsuz qalan sakinlər problemin həlli üçün artıq kimə müraciət etməli olduqlarını bilmirlər. Narazı sakinlər bildirirlər ki, başda Qaradağ İH olmaqla, heç bir dövlət qurumu onların şikayətinə baxmır.
“Nə problem olur gərək prezidentə müraciət edək? Su, qaz, işıq, yol… Yenə də prezidentə müraciət etməli oluruq. Belə iş olar? Bəs, bu məmurlar nə işə yarayır? Bu dövlət qurumlarında, icra hakimiyyətində bir insaflı, işini bilən, prezidentin əmrlərinə tabe olan bir məmur varsa, gəlsin çıxsın ortaya. Bu qədər insanın yolunu bağlayan bir iş adamına heç kəs bata bilmir. Biri gəlib bu yol kəsən “Kral” şadlıq sarayının sahibinin sənədlərini araşdırsın. “Kral” şadlıq sarayının Səfa adlı sahibi vətəndaşların ümumi istifadəsində olan yolu bağlayıb. Heç kəs də vecinə deyil bu adamın. Deyir, sənədim var. Kim verib bu adama bu sənədi?”
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.(xalq.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH