Bakıdan Saatlıya qaçırılan qız özünü BELƏ XİLAS ETDİ – Film kimi OLAY
Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb. Hadisə dünən Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində baş verib. Bir neçə nəfər 1990-cı il təvəllüdlü Mirzəyev Gülbəniz Qafar qızı avtobus dayanacağında olarkən avtomobillə sürətlə yaxınlaşıb və onu zorla maşına mindirərək aparıblar. Avtomobil Salyan rayonu ərazisində olarkən qarşıda polis postunun olduğunu görən qız sürücüyə hücum edərək sükanı onun əlindən almağa çalışıb və bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Yol polisi əməkdaşları avtomobilin şübhəli olmasını müəyyən edən kimi onları saxlayıblar və zorla qaçırılan qızı xilas ediblər. Qızı Saatlı rayonun aparmaq istəyən 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Rüstəm oğlu və daha bir nəfər tutularaq Qaradağ rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək