SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Tarix:

2-07-2024, 12:42

/ 159 dəfə oxundu.
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Vitse-prezident Ziyəddin Quliyevin “Azərenerji”də Üzeyir Yusifov üçün yaratdığı şəraitdən Baba Rzayevin həqiqətənmi xəbəri yoxdu?
Yenixeber.org: Səhmləri 100 faiz dövlətə məxsus olan “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, ölkəmizdə generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.
Bu o deməkdir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti respublikamız üçün son dərəcə strateji əhəməiyyətli, mühüm bir dövlət qurumudur. Qurum ölkəmizdə enerjiyə artan tələbatın qarşılanması məqsədi ilə yeni-yeni stansiyaların tikilməsi, enerji bloklarının fasiləsiz və dayanıqlı işləməsi, əlavə generasiya güclərinin yaradılması,baxımından xüsusi əhəmiyyətə malikdir. Bu həm də o deməkdir ki, dövlət bu işlərin həyata keçirilməsinə hər il milyonlarla manat vəsait ayırır. Amma gəlin görək son dərəcə strateji əhəməiyyətli bu dövlət qurumunda nələr baş verir, dövlətin ayırdığı yüz milyonlarla manatlar ölkənin enerji sektoru ilə bərabər daha haralara xərclənir.
Yalnız dövlət satınalmalarının vahid internet portalı üzərindən araşdırma apardıqda “Azərenerji” ASC-nin bir çox bölgələrin elektrik enerji ilə təminatının yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması işlərinə, müxtəlif növ generatorların, kompressor və digər elektrik cihazlarının servis xidmətinin alınmasına, müxtəlif növ naqil və kabellərin alınmasına, müxtəlif növ inşaat mallarının alınmasına, müxtəlif növ elektrik mallarının, müxtəlif energetik yağların alınmasına hər il milyonlarla manat dövlət vəsaitlərinin xərclədiyini görmək mümkündür. Elektron medianın yaydığı məlumatlarda “AzərEnerji” ASC -nin daim bir neçə şirkətə də üstünlük verməsi diqqət çəkir. Həmin məlumatlarda qalib seçilən “Azconstruction” QSC ,  “Electro İndustries” QSC , “Azərelektrik Tikinti Quraşdırma” MMC, “Elektrikquraşdırma” Müəssisəsi kimi şirkətlərin böyük əksəriyyətinin  “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevlə bağlılığı olduğu bildirilir. Bütün bunlardan görsənən odur ki, “Azərenerji” ASC-nin ayırdığı pullar təkcə təmir-tikinti, quraşdırma işlərinə deyil, həm də Baba Rzayev şəxsi məqsədlərinə xərclənir. Maraqlı burasıdır ki, “Azərenerji” ASC-nin pullarından şəxsi məqsədləri üçün təkcə sədrin özü istifadə etmir. Qurumda dövlətin pullarını talayan başqa bir neçə nəfər vəzifəli şəxs də var ki, büdcə vəsaitlərini şəxsi mənfəətlərinə, bəzi xanım işçilərinin həyat şəratinin yaxşılaşdırılımasına sərf edir.
Bir müddət əvvəl bir sıra elektron media orqanlarına istinad edərək “Azərenerji” ASC-də baş verən bəzi neqativ, qanunazidd hallarla bağlı geniş məqalə yaymışdıq. Ətraflı burada: ( https://mediatv.az/sosial/118233-azerenerjide-film-kimi-olaylar-bas-verir-korrupsiyakriminalmehebbet-ve-daha-neler-uzeyir-yusifovun-mecnunu-oynadigi-filmde-baba-rzayev-de-bas-roldadi.html ) Sözügedən məqalədə Baba Rzayevin uzun müddət bu sahədə çalışdığını, "Bakıelektrikşəbəkə"dən başlayaraq "Azərişıq" ASC-yə, ən sonda isə "Azərenerji" “Azərenerji” ASC-nin prezidenti vəzifəsinə qədər yüksəldiyini qeyd etmişdik. Ötən yazıda həmçinin Baba Rzayevi uzun illərdir vəzifə başında olmasına baxmayaraq “Azərenerji” ASC- də bəzi kadrların özbaşına əməllərinin qarşısını ala bilmədiyini də vurğulamışdıq. Konkret olaraq “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifovun son bir neçə ildə dövlət vəsaitləri hesabına kimlərəsə ev, avtomobil alması barədə yayılan məlumatlardan Baba Rzayevin xəbərsiz olduğunu da bildirmişdik. Xatırladaq ki, söhbət idarə rəisi Üzeyir Yusifovun xanım işçisinə aldığı bahalı hədiyyələrdən gedir. Bu məlumatlar, Üzeyir Yusifovun işçisi Mehin Zeynalovaya evlər və avtomobillər alması mətbuatda yayıldıqdan sonra Baba Rzayev xanımı (Mehin Zeynalova o qədər özbaşına olub ki, həttə sədrin əmrini belə saxtalaşdırıbmış) işdən qovub. Amma bu Baba Rzayev tərəfindən verilən heç də ədalətli bir qərar olmayıb. Çünki xanım sıradan bir işçi olub. O, işdən şıxarılıb, amma ona geniş şərait yaradan, bahalı hədiyyələr alan idarə rəisinə toxunmayıb. Əslində vəzifəsi ilə vidalaşmalı olan dövlət vəsaitlərini sağa, sola dağıdan Üzeyir Yusifov olmalı idi. Baba Rzayev bunu niyə etmədi, yoxsa edə bilmədi?
Məlum məqalə elektron mediada yayıldıqdan sonra məlumatlı şəxslər redaksiyamıza son dərəcə ciddi məlumatlar, videomateriallar təqdim etdi. Məlumatlı şəxsin sözlərinə görə Üzeyir Yusifovun arxasında “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev dayanır. Yəni Üzeyir Yusifovun dövlət qurumunda törətdiyi bütün özbaşınalıqları sədrin yanında vitse-prezidenti Ziyəddin Quliyev ört-basdır edir, malalayır.
Apardığımız araşdırma zamanı məlum oldu ki, Ziyəddin Misir oğlu Quliyev 30 oktyabr 2018-ci ildə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti təyin edilib. Ziyəddin Quliyev bundan əvvəl "Azərişıq" ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb.2011-ci ildə ona "Əməkdar mühəndis" fəxri adı verilib. Məlum olduğu kimi Baba Rzayev 2018-ci ilin sentyabrından da "Azərenerji" ASC-nin prezidenti təyin edilib. Elə həmin ilin oktyabr ayında da "Azərişıq" ASC-də işçii olduğu Ziyəddin Quliyev özünə vitse-prezident gətirib. Ziyəddin Quliyev də oz növbəsində "Azərişıq" da çalışan Üzeyir Yusifovu “Azərenerji” ASC-nin ən pullu idarələrindən birinə rəis təyin etdirib. Bu 2019-ci ilə qədər Sabunçu xəstəxanasının yaxınlığında 3 otaqlı köhnə bir məhəllə evində yaşayan 66 yaşlı Üzeyir Yusifovun həyatında dönüş nöqtəsi olub.
Xatırladaq ki, Yusifov Üzeyir Milan oğlu 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə  rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmiş bir şəxs olub. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyonlarla manat (o vaxtın kursu ilə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır. (lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır) Həbsdən çıxmaq üçün onun Mingəçevir şəhərində “Azərpoçt” işçisi olmuş Məlahət adlı qadınla qeyri-rəsmi nikahdan olmuş 2 azyaşlı qızına da dərhal öz soyadını verib cəzasını yüngülləşdirməklə məhkumluq həyatına son qoya bilib.
Göründüyü kimi 2018-ci ildə “Azərenerji” ASC –nin sədri Balababa Rzayevin əmri ilə İstehsalat üzrə Operator rəisi təyin edilib və əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir –tikinti işlərinə nəzarət etməkdir. Həmçinin o da görününr ki, Üzeyir Yusifov əvvəllər törətdiyi cinayət əməlindən heç də peşiman olmamış, əksinə dəstəsilə birlikdə dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaqda davam edir. Bu yolla Üzeyir Yusifovun son illər əldə etdiklərinə bəzi əlavələr edərək diqqətinizə çatdırırıq: (Əvvəlki burada: https://paralel.az/az/article/467043)

  1. Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil,
  2. Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili,
  3. Bakının Binəqədi rayonu, Novxanı  qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası,
  4. Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
  5. Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
  6. 2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili,
  7. 2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili,
  8. Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili,
  9. CİP Camar markalı avtomobili,
  10. 2019-cu il burxılışlı KİA  STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
  11. Hazırda yeni 2022. Buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
  12. Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu.,
  13. Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili,
  14. Hazırda evində saxladığı 820 000 AZN nağd pul kütləsi.
  15. 2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar.
  16. 2024-cü il buraxılışlı M.Zeynalovaya hədiyyə etdiyi “Tayota” markalı avtomobil.
  17. Bunlar təkcə bizə məlum olan və 2018-ci ildən sonar Ü.Yusifovun “Azərenerji” ASC-də vəzifəyə təyin edildikdən dərhal sonra əldə etdiyi əmlakların bir qismidir. Qeyd edək ki, qızı Aysel üçün dəyəri 650 000 manata aldığı gözəllik salonundan başqa bütün əmlaklar arvadı Yusifova Surğanın adına rəsmiləşdirlmişdir. Xatırladaq ki, idarə rəisinin həyat yoldaşı ev xanımı olmuş və bu günədək  heç yerdə işləməmişdir. Və bu qədər əmlakların əldə edilməsi üçün maliyyə mənbəyi olmamışdır
  
Son məlumatlara görə “Azərenerji” ASC-nin İdarə rəisi Üzeyir Yusifov yeni layihələrin icrası ilə əlaqədar hazırda Mingəçevir DRES-də fəaliyyət göstərir və adları rəsmi işə “ölü can”lar kimi yenidən yazılan qohumları olan Yusifov Nicat və Ziya isə Mingəçevir şəhərinə çatmamış yolun sağ tərəfində iki ədəd yanaşı tikilməkdə olan, yaşıl dam örtüklü ikimərtəbəli özəl villalalrın tikinti işlərinin icrasını tapşırmışdır. Hər iki villanın tikintisi üçün ayrılmış torpaq sahəsi Ü.Yusifovun 2018-ci ildən vəzifəyə təyin edildikdən sonra əldə etdiklərinin hamısını həyat yoldaşı, evdar qadın olan Suğra Hüseyn qızı Yusifovanın adına sənədləşmişdir. ( https://www.youtube.com/watch?v=vPlc6r5xd_g
Göründüyü kimi “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifov ailəli bir şəxsdir. Amma buna baxmayaraq idarə rəisi hansısa səbəbdən öz əməkhaqqı kartını da işdən qovulan Mehin Zeynalovaya verməyə məcbur olmuşdur. Maraqlıdır, 66 yaşlı bir dövlət məmurunu 24 yaşlı bir xanımdan asılı edən, çəkindirən, qorxudan nədir?
Məlum məqalə yayıldıqdan sonra redaksiyamıza verilən yeni məlumatlarda Üzeyir Yusifovun topladığı var dövlətlə bərabər, keçmiş xanım işçisinə aldığı bahalı hədiyyələrdən də bəhs edilir. Etika xatırinə biz həmin videogörüntüləri, Üzeyir Yusifovun barəsində olan yazışmaları yaymırıq. Amma bir neçə pul köçürmələrinin fotolarını diqqətinizə çatdırmaq istəyirik. Fotodakı bu köçürmələrin araşdırılmasını, kimin kartından, kimin hesabına hansı məqədlə köçürulməsini yoxlamağı hüquq mühafizə orqanlarının ixtiyarına verir, digər yazışmaları da istinilən istintaq orqanlarına təqdim etməyə hazırıq.
 

 
Ən maraqlısı odur ki, Üzeyir Yusifovun xanım işçisinə aldığı bahalı hədiyyələrdən “Azərenerji” ASC-nin bütün işçıləri, sıravisindən tutmuş vəzifəlisinə qədər, Şirvandan tutmuş, Mingəçevirə qədər hamı bilib. Təbii ki, bəzi məlumatlar aidiyyatı dövlət qurumları tərəindən Baba Rzayevə çatdırıldıqda, sədr tədbirlər görüb. Amma maraqlıdır ki, Baba Rzayev 4-5 ildir vəzifəyə təyin edilmiş Üzeyir Yusifovun topladığı milyonlarla manatlıq var-dövlətin haradan, hansı yollarla əldə olunmasına göz yumub. Yuxarıda qeyd etiyimiz kimi Üzeyir Yusifova bütün bu kimi özbaşınalıqları törətməyə şəraiti ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin yartdığı söylənilir. Verilən ən son məlumatlarda hətta qeyd edilir ki, vitse-prezident Ziyəddin Quliyevin göstərişi ilə işə götürdüyü bir xanımı Üzeyir Yusifov son bir ildə şəxsi vəsaitləri hesabına Türkiyənin bahalı otellərində istirahətə göndərib. Hardandı Üzeyir Yusifovda bu qədər pul? Dövlətin təmir-tikinti, quraşdırma işləri üçün “Azərenerji”yə ayırdığı pulların bu şəkildə talan edilməsinə, şəxsi məqsədlərə, bahalı hədiyyələrə xərclənməsinə Üzeyir Yusifova kim səlahiyyət verib. Və bütün bunların hesabının vitse-prezident Ziyəddin Quliyevdən və Üzeyir Yusifovdan sorulmasının vaxtı çatmayıbmı?(mediatv.az)

Şərhlər

XƏBƏR LENTİ