SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Büdcədən oğurlananlar BELƏ XIRID EDİLİR... - İTTİHAM VAR...

Büdcədən oğurlananlar BELƏ XIRID EDİLİR... - İTTİHAM VAR...

Tarix:

22-06-2024, 10:21

/ 202 dəfə oxundu.
Büdcədən oğurlananlar BELƏ XIRID EDİLİR... - İTTİHAM VAR...

Son dövrlər adları tez-tez mətbuatda korrupsiya məsələlərində gündəmə gələn Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev bu gün də qaz vurub qazan doldurmaqdadır. Bu şəxslərin istər ölkə daxilində tikintilərə icazə verərkən aldıqları rüşvət və ya MTK-lardan alınan mənzillər, istər müharibədə zərər çəkmiş bölgələrimizdə təmir-bərpa işlərində, istərsə də işğaldan azad olunmuş torpaqlarımızda gedən tikinti işlərində keçirilən dırnaqarası, öz yaxınlarına və ya elə öz şirkətlərinə verilən şifahi tenderlərdə əldə etdikləri milyonların aqibəti bilinməməkdədir.
Son 6 ayda adlarıının hallandırıldığını görən məhşur "patriot” cütlük şəhid və qazi ailələrinə növbəylə mənzillərin verildiyi bir dövrdə MTK- lardan rüşvət olaraq mənimsədikləri mənzilləri dəyər-dəyməzinə satmağa başlayıblar.
Rüşvət olaraq əldə olunan milyonlar qeyri-rəsmi yollarla Dubaya və İstanbula aparılıb. on dövrlər demək olar hər bayram, hər həftə sonu Dubaya gedib-gələn ikili, Dubayın ən bahalı küçələri olan JBR və Şeyx Zaid - də yeni tikilən binalarda yaxınlarının adına çoxlu sayda mənzil alıb. Bir neçə ay əvvəldə ikilinin İstanbulun "Florya” adlanan ən bahalı yerində 16 mln dollara estetik klinika aldığı məlumatı mətbuatda öz əksini tapıb.
Maraqlısı odur ki, komitə sədri Anar Quliyev gedən bu prosesləri susqunluqla izləyir. Belə anlaşılır ki, Anaq Quliyev ya bu ikiliyə müqavimət göstərmək iqtidarında deyil, ya da baş verənlər hansısa şəkildə onun da maarqlaırna cavab verir.
Ramin Abdullayevlə Anar Quliyevin yaxınlığı Komitədəki hər kəs tərəfindən bilinir. Hətta belə bir fikir var ki, Ramini vəzifəyə Namiq Hümmətov gətirsə də, Ramin bir müddətdən sonra Anar Quliyevin yanında namiq Hümmətovla müqayisədə daha çox söz sahibi olub. Elə bunun nəticəsidir ki, Ramin Abdullayev dövlət pullarını qorxu-hürkü bilmədən talamaqda, Azərbaycanın pullarını Dubay və İstanbula daşımaqdadır.
Ümid edirik ki, əlaqədar qurumlar, xüsusilə də hüquq-mühafizə orqanları Ramin Abdullayevlə Namiq Hümmətovun qanunsuz əməllərini araşdıracaq, bu şəxsləri törətdikləri çoxsaylıq anunsuz əməllərə görə məsuliyyətə cəlb edəcəklər.

yenisoz.az 

Şərhlər

XƏBƏR LENTİ