SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkəmizin COP29 tədbirini yüksək səviyyədə keçirmək üçün lazımı təcrübəyə malikdir

Ölkəmizin COP29 tədbirini yüksək səviyyədə keçirmək üçün lazımı təcrübəyə malikdir

Tarix:

24-05-2024, 11:40

/ 296 dəfə oxundu.
Ölkəmizin COP29 tədbirini yüksək səviyyədə keçirmək üçün lazımı təcrübəyə malikdir

 
Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun və onların fonunda qarşıda dayanan hədəflərin təqdimatıdır. Bu il aprel ayının 26-da ölkə başçısı Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Gələcək nəsillər üçün mühüm problem ola biləcək iqlim dəyişiklikləri və mövcud cətinliklərin aradan qaldırılması yollarının müzakirə edildiyi bu mötəbər tədbir zamanı Prezident İlham Əliyev həm də dünyanın aparıcı tele kanallarından olan “Euronews” telekanalına müsahibə verib.
Azərbaycan təbii qazın çıxarılması, istifadəsi ilə bir vaxtda alternativ enerjiyə böyük önəm verir. Bu sahənin inkişafını, yaşıl enerji kimi vacib məqamlar dövlət siyasətimizin gündəliyində xüsusi yer tutur. Bərpaolunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji mənbələri təsis olunur. 
Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması həm də yaşıl enerji kimi mühüm məsələyə verilən diqqətin təzahürüdür. Dünyada çox azsaylı ölkə var ki, həm enerji resursları ilə əlaqədar qazıntı işləri aparsın, paralel olaraq da yaşıl enerji kimi vacib məsələni ön planda saxlasın. 
Prezident İlham Əliyev aprelin 26-da “Euronews” televiziyasına verdiyi müsahibə zamanı hamını narahat edən iqlim problemlərinə həsr edilən və bu ilin noyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan COP29 tədbirinin keçirilməsi məsələsinə diqqət çəkərək bildirdi ki, “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik”. 
Qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı ideyası üstünlük təşkil edib. Müxbirin cənab Prezidentə sualı COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi olmuşdur.
Sualı ətraflı cavablandıran Prezident İlham Əliyev qeyd edib ki, ölkəməz məhz buna nail olmağa çalışır. “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq”.
Dövlət başçısı öz müsahibəsində vurğulayıb ki, “hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
 
Metin Hüseynov  -  siyasi sərhçi, politoloq
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ