SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Mühüm məqamlara aydınlıq gətirən müsahibə

Mühüm məqamlara aydınlıq gətirən müsahibə

Tarix:

24-05-2024, 11:39

/ 265 dəfə oxundu.
Mühüm məqamlara aydınlıq gətirən müsahibə

 
Azərbaycanın sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünün tam bərpa olunması onu dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil etməkdədir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Məhz buna görə enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Eyni zamanda Dövlətimizin başçısı cənab İlham Əliyev də dünyanın aparıcı dövlətlərində keçirilən və iqlim məsələlərinə həsr edilən toplantılara dəvət edilir. Belə tədbirlərdən biri də aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti olmuşdur. Prezident İlham Əliyev butədbirdə iştirakı zamanı “Euronews” telekanalına da müsahibə verib.
Tədbir zamanı Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub. Dövlət   başçısı bu il noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinin yüksək səviyyədə keçirilməsi ilə bağlı işlərin aparıldığını bildirib. Qeyd edib ki, “Hər bir ölkə maliyyə imkanlarından və gündəmindən asılı olaraq üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. Ölkəmiz tədbir zamanı bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir. Bununla əlaqədar Azərbaycanın kifayət qədər təcrübəsi vardır və körpü rolunu oynaya bilər. Belə ki, Azərbaycan dörd il ərzində BMT-dan sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına rəhbərlik edib və təşkilatın üzvü olan 120 dövlətlə birlikdə həqiqi mənada böyük tərəqqiyə nail olub. Cənab Prezident müsahibəsində bildirib ki: “Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz”.
Müsahibədə qeyd edilib ki, ötən il BƏƏ-də keçirilən COP28-də qazıntı yanacağı ideyası üstünlük təşkil edirdi. Bununla bağlı cənab Prezident bildirib ki, “Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq”.
Cənab Prezient məsələ ilə bağlı öz mövqeyini bir daha nümayiş etdirərək deyib ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Həmrəyliyin maliyyələşmənin ayrılmaz hissəsi olduğunu hesab etdiyini bildirib.
Müsahibədə vurğulanıb ki, “əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir”.
 
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
 

Şərhlər

XƏBƏR LENTİ